“Mən belə məsələləri görüb, başlamışam qorxmağa”

“Mən belə məsələləri görüb, başlamışam qorxmağa”

Yevda Abramov:“Vahid Əhməvovun belə bir sifariş verməsi mümkün deyil”

“Müsavat.com”un  verdiyi məlumata görə,Qubada yerli  icra hakimiyyəti  başçısının  internetdə yayılmış videosu ilə bağlı  istintaqına cəlb olunan, hadisələrin əsas iştirakçılarından biri kimi təqdim edilən Quba Bələdiyyəsini sədri Elxan Əliyev Respublikanın baş Prokroru  Zakir Qaralova verdiyi ifadədə də bildirib ki, güya Quba raton ucra hakimiyyətinin başçısı Rauf  Həbibovun məlum müşavirədə qubalılar haqqında səsləndirdiyi təhqiramiz sözlərin videosunun internetə yerləşdirilməsini rayonun millət vəkili Vahid  Əhmədov ona tapşırıb.  Millət vəkilinə qarşı irəli sürülən iddanın nə qədər həqiqətə uyğun olub-olmadıdğını öyrənmək üçün  “Vətəninfo.az” Vahid Əhmədovla əlaqə saxlamaq istəsədə, millət vəkilinin məlum mobil telefonu bağlı oldu. Ancaq vahid Əhmədovun  Qubadan olan həmkrı Yevda  Abramov isə millət vəkilindən fərqli olaraq həmişəki kimi, sualları canla-başla cavablandırdı. Yevda Abramov millət vəkili həmkarı haqqında ortaya atılan iddalarla bağlı danışarkən bildirdi ki, o Vahid Əhmədovun belə bir addm atmış olmasına inanmır: “Mən 7-8 ildi Vahid  Əhmədovla  yoldaşlıq edirəm və tam səmimi deyirəm ki, Vahid müəllimin belə bir məsələdə iştirak etməsinə  inanmıram. Eynilə də  Elxan  Əliyevin aparılan istintaqda Vahid Əhmədov haqqında qeyd olunan şəkildə ifadə verməsinə. Çün ki, Elxan müəllimi və ailəsini gözəl tanıyıram və bilirəm ki, o  dövlətə və dövlətçiliyə  bağlı  bir insandı,ziyalı  intelektual bir təfəkkürə malik biridi.Eyni zamanda da Yeni Azərbaycan Partiyasının üzvüdü”. Yevda Abramovun sözlərinə görə, Vahid Əhmədov Azərbaycanda öz sahəsi üzrə nadir mütəxəsislərdən biri olmaqla bərabər, ağıllı ziyalı və siyasət adamıdı. “Sizə açıq şəkildə bildirim ki, artıq mən bu məsələlərlə bağlı ehtiyatla, qorxa-qorxa danışıram. Çün ki, bu gün necə Vahid müəllimlə , Elxan Əliyevlə bağlı həqiqətə uyğun olmayan şəkildə məlumatlar dövrüyəyə atılırsa, sabah mənimlə bağlıda ata bilərlər.  Necə ki, bir neçə gün öncə mənim adımdan, demədiyim bir sözü demiş kimi bir sayt yaymışdı. Ona görə də çalışıram ki, məsələlərdə bir qədər ehtiyyatlı olum”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az