"Mənim bir Allahım var, o da göydədir" — General deputat özünü "ikinci Allah" adlandıran molladan DANIŞDI


Xəbər verdiyimiz kimi, Lerikin Kaqoy kəndində özünü "ikinci Allah" adlandıran Məmmədsəfa adlı molla peyda olub.

"Ölkə.Az" xəbər verir ki, sözügedən şəxsin yanına yüzlərlə inanclı insan pənah gətirir. 

Sosial şəbəkələrdə yayılan məlumata görə, Məmmədsəfa adlı mollanın yanına gedib-gələnlər arasında tanınmış incəsənət adamları və məmurlar da, o cümlədən sabiq müdafiə naziri Səfər Əbiyev və Milli Məclisin deputatı Əliağa Hüseynov da olub. 

Məsələni dəqiqləşdirmək üçün Əliağa Hüseynovla əlaqə saxladıq. 
Deputat saytımıza açıqlamasında yayılan xəbərlərin doğru olmadığını bildirib:

"Bu xəbərlər doğru deyil. Mən heç indiyədək Lerikdə olmamışam. Digər tərəfdən isə mən məmur deyiləm, təqaüdçüyəm. Ora getmək mənə lazım deyil.

Mənim bir Allahım var, o da göydədir. Birdə ki, cənab Prezidentdir, vəssalam"./olke.az/

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az