Merkel Poroşenko və Putini əl sıxmağa məcbur elədi

Merkel Poroşenko və Putini əl sıxmağa məcbur elədi

Ukrayna prezidenti Pyotr Poroşenko Parisdə "Normand dördlüyü” görüşü çərçivəsində Rusiya prezidenti Vladimir Putinin əlini sıxıb.

Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə videonu Fransa prezidenti Fransua Olland özünün instargam səhifəsində yerləşdirib.

"Angela Merkel, Vladimir Putin və Pyotr Poroşenko ilə Ukraynadakı situasiyanı müzakirə edirik” – yazıb Fransa lideri. 

Əlsıxma zamanı Putin gülümsə də, Poroşenkonun sifətində ciddilik olub. Videodan görünür ki, onları buna Almaniya kansleri sövq edib – hər ikisinin əlini tutmaqla.

Xatırladaq ki, Ukrayna (Krım) böhranı yaranandan sonra bu, Putilə Poroşenkonun ikinci əl sıxmasıdır. Birinci belə hal bu ilin fevralında Minsk anlaşmasının imzalanmasından öncə qeydə alınmışdı.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az