Merkeldən Qarabağ açıqlaması - Əliyevlə görüşdən sonra
"Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında həlledici rol oynayır”.
Miq.az xəbər verir ki, bu sözləri Almaniya federal kansleri Angela Merkel Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib: "Rusiya əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsinin həlində açar rol oynayacaq. Burada Minsk qrupunun həmsədrləri kimi Rusiya hakimiyyətinə, eləcə də ABŞ və Fransaya dəstək olmaq üçün öz vasitələrimizdən istifadə edəcəyik”.
Miq.az