Məscidlərdə COVID pasportunun olub-olmamasını kim yoxlayacaq?

Məscidlərdə COVID pasportunun olub-olmamasını kim yoxlayacaq?

Məscidlərdə namaz qlımağa gələn insanların COVİD pasportunun olub-olmamasını icma üzvləri yoxlayacaq.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Miq.A-a verilən məlumata görə, bütün məscidlər bununla bağlı hazırlıq işlərini həyata keçirir.

İdarədən qeyd edilib ki, COVİD-dən əvvəl də müxtəlif məsələlər zamanı dini icmanın üzvləri qapıda dayanır və gələnlərin sənədlərini yoxlayırdı. Yəni bu məsələləri həmişə icma üzvləri tənzimləyib. İndi də müvafiq icma üzvləri qapıda dayanacaq, məscidə gələn insanların pandemiya qaydalarına əməl edib-etməməsini yoxlayacaq və pandemiya ilə bağlı qaydalara riayət olunmasına nəzarət edəcək.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, iyunun 10-dan etibarən məscidlərdə namaz qılınmasına icazə veriləcək.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az