Məşhur rus balerina azərbaycanlı biznesmenə atdı

Məşhur rus balerina azərbaycanlı biznesmenə atdı
Rusiyanın tanınmış balerinası Anastasiya Voloçkova azərbaycanlı biznesmeni qarət etməkdə günahlandırılır.
 
APA-nın verdiyi məlumata görə, bu barədə Rusiyada əyləncələr təşkil edən agentliyin rəhbəri Dmitri Tulyaninov bildirib.
 
D. Tulyaninov deyib ki, biznesmen agentliyə müraciət edərək "Ulduzla şam yeməyi” layihəsi çərçivəsində 25 min dollar müqabilində balerina ilə Bakıda görüş sifariş verib, sifariş qəbul edilib.
 
Daha sonra adı açıqlanmayan biznesmen agentliyə şikayət edərək bildirib ki, şam yeməyinin sonunda rusiyalı balerina azərbaycanlı biznesmenə əlavə 40 min dollar qarşılığında intim xidmət təklif edib, biznesmen də razılaşıb və avans ödəyib.
 
Daha sonra Anastasiya Voloçkova hoteldə otağının qapısını bağlayaraq, çölə çıxmayıb, səhəri gün isə pulu da götürərək Azərbaycanı tərk edib.
 
Biznesmen iddia edir ki, onda razılaşma ilə bağlı səs yazısı var. Balerina isə faktı təkzib edib və bunu böhtan adlandırıb.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az