“Metrodakı problemlər daha mənlik deyil” - Tağı Əhmədov
Bu gün "Nəriman Nərimanov" metrostansiyasında işarəvermə avadanlığında baş vermiş texniki nasazlıq səbəbindən qatarların hərəkət intervalında gecikmə baş verib.
Məsələ ilə bağlı modern.az qurumun keçmiş rəisi Tağı Əhmədovla əlaqə saxlayıb.
Miq.az xəbər verir ki, T.Əhmədov ona ünvanlanan suallara cavab vermək istəməyib.
O, "problemlər daha mənlik deyil. Problemlərə mən cavabdeh deyiləm” deyərək, şərh vermək istəməyib
Qeyd edək ki, Tağı Əhmədov hazırda YAP-ın Yasamal rayon təşkilatının sədridir.