Məzahir Pənahovdan deputatlığa namizədlərə xəbərdarlıq

Məzahir Pənahovdan deputatlığa namizədlərə xəbərdarlıq

Bəzi deputatlığa namizədlər sosial şəbəkələrdə təşviqatla bağlı pozuntulara yol verirlər”.


Vətəninfo.az-ın APA-ya istinadla məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov deyib. O bildirib ki, sosial şəbəkələr yeni bir reallıqdır: "Ancaq bilmək olmur ki, həmin təşviqat materialını namizəd özü qoyub, yoxsa başqa birisi öz təşəbbüsü ilə sosial şəbəkədə təşviqat materialı yerləşdirib. Yaxşı olardı ki, namizəd özü sosial şəbəkədə çıxış edib, bununla bağlı mövqeyini ortaya qoysun, təkzib versin. Namizədlər nəzərə almalıdır ki, təşviqat kampaniyası nəzərdə tutulmuş müddətdə başlayacaq. Xüsusən tanınmış insanlar bu məsələdə ehtiyatlı olmalıdırlar. Biz artıq bu məsələləri ictimaiyyətin müzakirəsinə çıxarmalıyıq. Çünki qəzetdə, televiziyada təşviqata yol veriləndə, biz bununla bağlı tədbir görürük. Ancaq sosial şəbəkələrlə bağlı qanunvericilikdə bu məsələ tənzimlənmir. On görə də məsələni ictimai müzakirəyə çıxarmalıyıq və namizədlər də bu məsələdə ehtiyatlı olmalıdırlar”. 
M. Pənahov sosial şəbəkələrlə bağlı MSK-y şikayət məzmunlu müraciətlərin daxil olduğunu da qeyd edib. 
Qeyd edək ki, təşviqat kampaniyası oktyabrın 9-da başlayacaq.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az