Millət vəkili Lənkəranskinin dəfnində - FOTO

Millət vəkili Lənkəranskinin dəfnində - FOTO
Məşhur avtoritet Rövşən Lənkəranski bir neçə saat əvvəl torpağa tapşırılıb.
 
Lənkərandan Axar.az-a verilən məlumata görə, dəfn mərasimində izdiham yaşanıb.
 
"Palmali" şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov, millət vəkili Fəzail Ağamalı, Lənkəran Rayon İcra Hakimiyyətinin nümayəndələri dəfndə iştirak edib.
 
Sakinlərin məlumatına görə, dəfndə kriminal aləmin nüfuzlu şəxsləri gözə dəyməyib. Amma bu gün ərzində onların yas mərasimində iştirak edəcəyi gözlənilir.
 
Mərhumun yaşadığı Kiçik bazar ərazisində təxminən 2 min nəfərlik ehsan süfrəsi açılıb.
 
Mərasim 7 gün davam edəcək.





Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az