Millət vəkili Qənirə Paşayeva Beynəlxalq Simpoziumda Türkdilli dövlətlərdə məktəblərdən başlayaraq ortaq Türk tarixi və ədəbiyyatı öyrədilməlidir dedi.
Millət vəkili, dr Qənirə Paşayeva Türkiyənin Marmara Universitetində təhsil naziri Nabi Avcının da iştirak etdiyi “Avrasiyada Türk dili və Tarixi tədrisi beynəlxalq simpoziumun açılış mərasimində çıxış edərək ilk öncə ortaq türk tarixi dərsliklərinin yazılmasının və onların Türk dövlət və toplumlarında tədrisi və yayılmasının vacibliyinə toxunub. O bildirib ki, bütün türkdilli ölkələrin tarixçilərinin və ədəbiyyatçılarının iştirakı ilə türkdilli ölkələrin ortaq tarix və ədəbiyyat dərslikləri yazılmalı və bütün türk dünyasında tədris olunmalıdır. “Türkdilli ölkələrinin ortaq tarix və ədəbiyyat dərsliklərinin yaradılmasının, tədris edilməsinin böyük əhəmiyyəti var. Gələcək nəsillərin dildə, fikirdə, işdə birlik modeli ətrafında biri-birinə daha çox sahib çıxması, dəstək göstərməsi və güclənməsi bundan keçir.” Onun sözlərinə görə, ortaq türk tarixinin tədrisinə orta məktəblərdən başlamaq lazımdır. Belə bir dərslik hazırlanmalı və ilk növbədə Türkiyə və Azərbaycandan, Qazaxıstan və Qırğızıstandan tədrisinə başlayaraq digər türk ölkələrinə də yayılmasına da çalışılmalıdır. “Ortaq türk tarixi yaradılarkən ümumtürk dünyasının mənafeyindən çıxış etmək lazımdır, məhəlli mənafelər kənar qoyulmalıdır. Bu tarix yaradılarkən bütün türk ölkələrinin tarixinə obyektiv yanaşılmalıdır. Elə bir dərslik yaranmalıdır ki, Azərbaycan, Türkiyə türkləri, eləcə də digər türk xalqlarının nümayəndələri onu oxuyanda öz doğma tarixlərini görsünlər. Bu dərsliklər bizi biri-birimizə daha da yaxınlaşdırmalıdır." Millət vəkili ortaq türk əlifbası və dilinin vacibliyi və əhəmiyyəti barədə geniş fikirlərini bildirib. O deyib ki, türk dövlətləri və toplumlarının daha güclü həmrəylik , işbirliyi və güclənməsi yolu İsmail Bəy Qaspirallənın dediyi kimi dildə, fikirdə, işdə birlik modelindən keçir. Millət vəkili Qənirə Paşayeva Türk dövlətlərinin məktəb və universitetlərində türk dili şivələrinin gənclərə öyrədilməsinin vacibliyini vurğulayıb. Türk xalqlarının nümayəndələri biri-birini daha yaxşı anlasa, ortaq tarix və ədəbiyyat bilinci ilə yetişsə gələcəkdə biri-birilərinə daha sıx bağlanacaq, daha da güclənəcəklər. Millət vəkili Qənirə Paşayeva Türk dövlətləri arasında tələbə mübadiləsi, tələvə və gənclərlə bağlı ortaq layihələrin genişlənməsinin vacibliyindən də geniş danışıb. Millət vəkili, dr Qənirə paşayevanın çıxışı böyük dəstək qazanıb. Millət vəkili Qənirə paşayevadan sonra çıxış edən türkiyənin təhsil naziri Nabi Avçı millət vəkili Qənirə Paşayevanın fikir və təklifləri ilə razı olduğunu bildirib və türkiyənin təhsil naziri kimi bu istiqamətdə bir sıra işlər həyata keçirməyə başladıqlarını deyib.
Silpoziumun açılışında İstanbul Türk Ocaqlarının başçısı Cezmi bayram, Marmara Üniversitetinin rektoru Prof. Dr. Zafer Gül və Üsküdar bələdiyyə başqanı da çıxış edərək beynəlxalq simpoziumun əhəmiyyətindən danışıb və təkliflərini səsləndiblər. 3 gün davam edəcək beynəlxalq simpoziuma türk dünyasının müxtəlif bölgələrindən elm adamları, mütəxəsislər dəvət edilib və geniş müzakirələr aparılır. Müzakirələr zamanı səslənən təkliflər türk dövlət rəsmilərinə təqdim olunacaq.