“Ölkədə hələ də kəndli öz məhsulunu bazara çıxara bilmir. Buna görə, biz həvəsləndirici metodlar həyata keçirməliyik”.
Vətəninfo.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında İqtisadi siyasət Komitəsinin sədri Ziyad Səmədzadə deyib.
Millət vəkili bildirib ki, gələn ilin büdcəsində aqrar sektora geniş yer ayrılıb.
“Aqrar sektorda böyük işlər görülür. Ölkədə 30-a yaxın iri fermer təsərrüfatı yaradılıb. Sahibkarın sərəncamında iri torpaqlar var, bu isə o deməkdir ki, məhsuldarlıq yüksək olacaq. Biz daxili bazarımızı qorumalıyıq. Hələ də kəndli öz məhsulunu bazara çıxara bilmir, öz əməyindən mənfəət əldə edə bilmir. Biz həvəsləndirici metodlar həyata keçirməliyik. Düzdür, 100 mln. manatlıq subsidiya verilir, amma bəlkə biz oturub danışmalıyıq ki, subsidiya nəticəyə görə verilsin”, - deyə Z. Səmədzadə bildirib.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib