Millət vəkilindən küçə söyüşü- “Bic doğulub...”

Millət vəkilindən küçə söyüşü- “Bic doğulub...”

Deputata yaraşmayan ifadə... - "Bic doğulub...”

Millət vəkili Fazil Mustafanın son statusu geniş müzakirələrə səbəb olmaqla diqqəti cəlb edib. Belə ki, deputat ona zəng vurub, Fətullah Gülənlə bağlı sual verən sayt əməkdaşını daşıdığı ictimai yükə yaraşmayan formada təhqir edib:

Həmin cavabı olduğu kimi təqdim edirik:

"Bir jurnalist zəng vurub sual verir ki, tərəfdar.az (İran kəşfiyyatı ilə bağlı saytlardan biri) saytı yazır ki, bəs Fazil Mustafa gülənçidir. Buna münasibətiniz. Cavab verdim ki, mən də iddia edirəm ki, tərəfdar.az saytının redaktoru bic doğulub və qanundankənar atası da məhz Fətullah Güləndir. Jurnalist bir də təkrar soruşur ki, siz bu iddianızı sübut edə bilərsinizmi? Deyirəm ki, mən ancaq saytın iddiasına qarşı iddia ilə çıxış etmişəm. Buyurub, onlar iddialarını sübut etsinlər, ardınca mən də iddiamı əsaslandırım. Səs çıxmadı".

Qeyd edək ki, deputatın bu cavabı sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Nəzərə alsaq ki, jurnalist təcrübəsiz ola bilər, qeyri-etik sual verə bilər. Amma cavabı verən bir millət vəkilidir və o demək olar ki, hər gün mətbuatdadır. Bu baxımdan Fazil Mustafanın işlətdiyi ifadə yolverilməz hesab olunur...

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az