Milli Məclisdə büdcə müzakirələri başladı - Baş nazir də qatılıb

Milli Məclisdə büdcə müzakirələri başladı - Baş nazir də qatılıb
Bu gün Milli Məclisin 2017-ci il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi ilə bağlı plenar iclası işə başlayıb.

Miq.az xəbər verir ki, iclasda 2017-ci ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri müzakirə olunacaq. Büdcə müzakirələri dekabrın 6, 7 və 8-də keçiriləcək iclaslarda baş tutacaq.
Gündəliyə təklif olunan məsələlər aşağıdakılardır:
1. "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə
2. "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə
3. "Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə
4. "Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə
5. Azərbaycan Respublikası Milli Məclisinin 2017-ci il üçün xərclər smetası haqqında
6. Azərbaycan Respublikası Hesablama Palatasının 2017-ci il üçün xərclər smetası haqqında.
Qeyd edək ki, bu günkü iclasda Azərbaycanın Baş naziri Artur Rasizadə və digər hökumət üzvləri də qatılıb.
 
Miq.az 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az