Milli Məclisin iclasında mübahisə yarandı: "Camaata dərs keçmə"

Milli Məclisin iclasında mübahisə yarandı:
Azərbaycan Milli Məclisinin bugün keçirilən plenar iclasında mübahisə yaranıb.

Miq.az "Report”
a istinadən xəbər verir ki, bu, deputat Zahid Orucun məhkəmələrə hakim təyinatı layihəsi ilə bağlı çıxışı zamanı baş verib.
Z.Oruc çıxış edərkən deputat Yevda Abramov "Çox danışırsan” replikasını atıb.
Z.Oruc da deputat həmkarına "Yevda müəllim, Sizə böyük hörmətim var, amma bu fikirləri deməyə hüququm var. İmkan verin, sözümüzü deyək. İclasa gəlmək istəmirsinizsə, gəlməyin”-deyə cavab verib.
Spiker Oqtay Əsədov isə Z.Oruca çıxışını davam etdirməyi tövsiyə edib: "Camaata dərs keçmə. Sözü bir kəlmə dedin, uzatmaq lazım deyil”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az