Milli Ordumuz Ermənistanın daha bir uçan aparatını məhv etdi
Vətəninfo.az Modern.az
-a istinadla xəbər verir ki,
Azərbaycan Ordusu
növbəti dəfə Ermənuistanın texnikasını məhv edib. Müdafiə Nazirliyinin
məlumatına görə, cəbhənin Füzuli rayonu istiqamətində Silahlı
Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən
Ermənistan Silahlı Qüvvələrinə məxsus 1 ədəd DJI Inspire1 (Quadcopter)
tipli pilotsuz uçan aparat (PUA) bölmələrimizin sayıqlığı nəticəsində
vaxtında aşkar olunaraq açılan atəş nəticəsində məhv edilib.