Milyonçu ABŞ-ın yeni prezidenti ola bilər

Milyonçu ABŞ-ın yeni prezidenti ola bilər

Amerikalı milyonçu Donald Tramp 2016-cı ildə keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətində olduğunu bildirib.

Donald Tramp özünü ölkəsinin əvvəlki əzəmətini qaytara biləcək yeganə namizəd sayır. Prezident seçilərsə, İŞİD-ə qalib gələcəyini vəd edən Tramp, həmçinin İranın nüvə silahı hazırlamasının qarşısını alacağına, bütün ölkə ərazisində yeni iş yerləri açacağına və büdcə kəsirini azaldacağına da söz verib.

Prezident kürsüsü uğrunda milyonçunun rəqibləri Hillari Klinton, Ceb Buş və Mitt Romni ola bilər. Lakin Donald Trampın fikrincə, nə Buşun, nə də Romninin qələbə qazanmaq üçün heç bir şansı yoxdur.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az