Mingəçevirdə 5 yaşlı uşaq 3-cü mərtəbədən yerə yıxıldı
Mingəçevir şəhəri, Şah İsmayıl Xətai küçəsi, mənzil 23, ev 46 üvanında yaşayan, 2010-cu il təvəllüdlü Murad Alıyev yaşadığı 5 mərtəbəli binanın 3-cü mərtəbəsinin eyvanından yerə yıxılıb.
Məlumata görə, anası Muradı yatmış vəziyyətdə tək qoyub və evi tərk edib. Bu zaman uşaq yuxudan oyanaraq eyvana çıxıb və yerə yıxılıb. Murad Alıyev qapalı kəllə-beyin travması ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Pediatriya Şöbəsinin reanimasiya bölməsinə yerləşdirilib./Kepeztv.az