Mirşahinin televiziyası ilə bağlı iclas - Lisenziya verildi

Mirşahinin televiziyası ilə bağlı iclas - Lisenziya verildi
Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.
 
BakuPost xəbər verir ki, iclasda "REAL TƏHLİL İNFORMASİYA MƏRKƏZİ” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb.
 
Milli Televiziya və Radio Şurasının  qərarına əsasən "REAL TƏHLİL İNFORMASİYA MƏRKƏZİ” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib. 
 
Qeyd edək ki, "REAL TV"nin yaradıcısı Mirşahin Ağayevdir. Kanalın kollektivi arasında ANS-in tanınmış simaları da yer alıb.
 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az