2015-ci ilin 11 iyun tarixində Misirin nüfuzlu “Əl-Əhram” qəzetinin Baş redaktor müavini Məhəmməd Osmanın “Bakı 2015” İlk Avropa Oyunları ilə bağlı məqaləsi sözügedən qəzetdə dərc edilmişdir.
M.Osman on yeddi gün davam edəcək İlk Avropa Oyunları haqqında məlumat verərək, sözügedən oyunlarda əlli Avropa ölkəsindən altı min idmançının iyirmi idman növü üzrə iki yüz əlli üç medal uğrunda mübaricə aparacaqlarını bildirmişdir.
Avropa Olimpiya Komitəsinin 2012-ci ildə İlk Avropa Oyunlarının Azərbaycan Respublikası tərəfindən ev sahibliyi etməsinə dair razılığının əldə edildiyini söyləyən M.Osman həmçinin, sözügedən yarışlarda müxtəlif idman növlərinin (kamandan oxatma, atletika, voleybol, boks, velosiped idmanı, cüdo, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və sair) keçiriləcəyini, yeni tikilən Bakı stadionunun altmış beş min azərkeş üçün nəzərdə tutulduğunu qeyd etmişdir.
Müəllif Azərbaycanın Londonda keçirilmiş son 2012-ci ilin yay olimpiya oyunlarında dünyanın 200 ölkəsi arasında 30-cu yeri, Avropa ölkələri arasında isə 15-ci yeri, 2014-cü ildə Çinin Nanjinq şəhərində 29 idman növü üzrə gənclər arasında keçirilmiş yarışlarda 200-dən artıq ölkənin iştirak etdiyi II Olimpiya Oyunlarında isə dünya ölkələri arasında 10-cu yeri tutması barədə məlumat vermişdir.
Azərbaycan hökumətinin gənclərə və idmana verdiyi xüsusi önəmdən danışan M.Osman son illər ərzində ölkədə 40-dan çox idman olimpiya kompleksinin inşa edildiyni qeyd etmişdir.
Bundan başqa, müəllif 2017-ci ildə Azərbaycanın “İslam HəmrəyliyiOyunları”na ev sahibliyi edəcəyi barədə də məlumat vermişdir.
http://www.ahram.org.eg/NewsQ/405286.aspx#.VXkpvla_hRI.mailto