Moskvada beynəlxalq Kitab Sərgisi başlayıb

Moskvada beynəlxalq Kitab Sərgisi başlayıb

Dünyanın 50 ən böyük sərgi mərkəzlərindən biri sayılan Moskva Ümumrusiya Sərgi Mərkəzində möhtəşəm kitab sərgisi öz fəaliyyətinə başladı.

Vətəninfo.az-a verilən məlumta görə, Sentyabrın 4-dən 9-na kimi davam edəcək bu sərgiyə dünyanın bir çıx ölkələrində,o cümlədən Azərbaycanda, Rusiyada, Türkiyədə, Qırğızıstanda, Çində, Misirdə, İranda, Türkmənistanda və s... ölkələrdə yayınlanan kitablar təqdim olunub.
Məlumatda vurğulanır ki,Azərbaycanı təmsil edən nümayəndələrimizin nəşriyyat və informasiya bölməsinin məsləhətçisi Faiq Xudanlının və Çingiz bəyin verdiyi məlumata görə sərginin hələ ilk günlərindən kitablarımız buraya gələnlən qonaqların, eləcə də Rusiyada yaşayan həmvətənlərimizin böyük maraq və diqqətinə səbəb olubr. Ən çox soruşulan və arzuolunan kitablardan biri də lüğətlər olub. Təəssüflər olsun ki, sərgidə lüğətlər azlıq təşkil edir.

Sərgidə qardaşTürkiyədən gələn təmsilçilər də, bir çox türk yayım evlərinin nəşr etdiyi kitabları nümayış etdiribilər. Onların sırasında istedadlı türk yazarı İmdat Avşarın yazdığı və çevirdiyi kitablar: Azərbaycan xatirələrini əks etdirən “AZƏRBAYCAN” adlı kitab, həmyerlimiz Avrasiya Yazarlar birliyinin üzvü şairə Afaq Şıxlının “Dostlarım bana da bahar gönderin!” şeirlər toplusu, sevimli yazar Əjdər Olun “Komutanın maymunu” kitabı xüsusi yer alıb.
 
Türkiyəni təmsil edənlər arasında Ankara Qazi universitetinin müəllimi, Avrasiya Yazarlar birliyinin üzvü Hüseyn Dəmirtola, Türk səfirliyinin Moskvadakı mədəniyyət üzrə attaşesi Cəlal Kılıç, müavini İlkər bəy, Türkiyə Mədəniyyət və Turizm nazirliyinin kitabxanalar və yayımlar üzrə baş katibinin müavini Dəmət Koç və başqaları Azərbaycan və Türkiyə əlaqələrinin daha da möhkəmlənməsində ədəbiyyatın və incəsənətin mühüm rol oynamasından danıblar.
Rusiya dövlət Radio Kanalının “Rusiyanın səsi” redaksiyasının türk bölməsinin müxbiri Tatyana Şuvalova şirin türk ləhcəsində müxtəlif suallar verərək bu sərgi haqqında iştirakçıların fikrini öyrənmək istəyib.
Sərginin ilk günü müxtəlif xatirə fotoşəkillərinin çəkilməsiylə başa çatıb.



Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az