Moskvada şok - Azərbaycanlı biznesmen diri-diri basdırıldı

Moskvada şok - Azərbaycanlı biznesmen diri-diri basdırıldı
Rusiyada azərbaycanlı iş adamı diri-diri basdırılıb.

BakuPost.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə 30 milyon rubl borca görə olub. Məlumata görə, adı çəkilməyən iş adamları Moskvada Hikmət Salayev adlı biznesmendən 30 milyon rubl tələb ediblər. Onun sözügedən məbləği ödəyə bilməyəcəyini öyrəndikdə isə mobil telefonla birlikdə diri-diri torpağa basdırıblar.

H.Salayev qəbirdən qardaşı İsmayıl Salayevə zəng edərək ondan kömək istəyib. İ.Salayev quldurlara 1,2 milyon rubl və özünün BMW-535 markalı avtomobilini verib. İstədiklərini aldıqdan sonra onlar H. Salayevin basdırıldığı yeri göstəriblər.

İsmayıl Salayev qardaşını qəbirdən çıxarıb və xəstəxanaya aparıb. Məlumata görə onun qabırğası sınıb.
 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az