Moskvadan Atatürk Hava limanındakı terrorla bağlı - Açıqlama

Moskvadan Atatürk Hava limanındakı terrorla bağlı - Açıqlama
Rəsmi Moskva Atatürk Hava limanında törədilən terror aktı ilə bağlı açıqlama verib. 

Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov jurnalistlərin suallarını cavablandırıb. O, Atatürk Hava limanında 45 nəfərin hayatını itirdiyi terror hadisəsi ilə bağlı həbs edilən rusiyalıların terror hadisəsi ilə əlaqəli olub-olmadığına dair hər hansı dəqiq məlumatın olmadığı cavabını verib.

Daha sonra isə D. Peskov Türkiyə və Avropa kəşfiyyat xidmətlərini də tənqid edib və bildirib ki, bu terror hadisəsində həmin kəşfiyyatların "Rusiyanın onların torpaqlarında terrorçuların gizləndiyi barədə xəbərdarlıqlarını diqqətə almamalarının" öz payı ola bilər.

"Rusiya tərəfi uzun illərdir müxtəlif kanallar vasitəsi ilə Türkiyə və Avropa ölkələrinə terrorçularla əlaqəli olduğundan şüphələndikləri şəxslərin bu ölkələrdə gizləndiyi barədə məlumat ötürür. Lakin Rusiya tərəfinin bu siqnalları çox vaxt lazımı diqqəti görmədi. Mən düşünürəm və çox təəssüf edirəm ki, İstanbuldaki terror hadisələri bu diqqətsizliyin nəticəsi ola bilər”. /Anspress.com/ 

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az