Moskvanın yeni Qarabağ səhvi
Kremldən edilən növbəti açıqlama nədən xəbər verir?
Dağlıq Qarabağ münaqişəsi üzrə kompromis qaçılmazıdır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə bəyan edib.
Onun sözlərinə görə, kompromisin axtarılması tərəflərin mövqelərinin - bir-birinə nə qədər zidd olmasından asılı olmayaraq - yaxınlaşdırılmasıdır.
Hesab edirəm ki, bu, reallıqda həyata keçə bilməz. "Mümkün deyil” desək, daha düzgün olar. Onun çıxışında daha bir ifadə xoşuma gəlmədi: "Komrpomis qaçılmazdır, amma bu, Dağlıq Qarabağda yaşayan insanların gələcəyinə ziyan verməməlidir”. Yəqin o, erməniləri nəzərdə tutur, amma onun yadına salmaq lazımdır ki, bu regionda azərbaycanlılar da yaşayıblar. Lakin onlar erməni silahları tərəfindən doğma torpaqlarından didərgin salınıblar. Bu gün Azərbaycanda 1 milyona yaxın qaçqın və məcburi köçkün var.
Bütün bunlar ikili standartlara görə baş verir. Sizə nümunə gətirə bilərəm. 30 ilə yaxın müxtəlif vəzifələrdə çalışdığım Mərkəzi televizya və Ümumittifaq radiosunda "Vremya” proqramı üçün Qarabağla bağlı müxtəlif materiallar hazırlayanda baş redaktorlar barmaqlarını qaldırırdılar.
26 ildir ki, lənətə gəlmiş müharibə davam edir. Bütün dünya bunu sadəcə izləyir. Biz hər şeyi çox yaxşı bilirik. Niyə indiyənə kimi işğalçı erməni silahlı bölmələrinin Qarabağı qeyd-şərtsiz tərk etməsini özündə əks etdirən BMT-nin 4 qətnaməsi niyə həyata keçirilmir. Əsrin ¼-i qədər vaxt keçib. Nəsə dəyişib? Xeyr.
Bundan başqa, Azərbaycan və Ermənistan tərəfləri arasında nə qədər görüşlər olub. Bu görüşləri Rusiya da təşkil edib. ATƏT-in Minsk Qrupunun həmsədrləri sistemli şəkildə regiona səfərlər edirlər. Bəlkə də onlar heç mövcud da deyil".
Xanım Zaxarova, sizə öz tarixçinizdən nümunə gətirmək istəyirəm. Məşhur rusiyalı tarixçi Vasili Veliçko yazıb ki, Qarabağın ermənilərə heç bir aidiyyatı yoxdur. Daha sonra, məşhur erməni alim, SSRİ vaxtı Ermitajın direktoru vəzifəsində çalışmış İosif Orbeli hər dəfə yazırdı ki, ermənilərin Qarabağla heç bir əlaqəsi yoxdur, onlar bura gəlmədirlər.
Amma ikili standartlara görə, Moskva alim və tarixçilərə yox, Rusiyanın hərbi strateqlərinə inanır. Əlbəttə də, bütün bunlar narahatçılığa səbəb olur.
Bu gün demək olar ki, bir hadisəni heç kim xatırlamır. Vaxtilə faşist Almaniyasına qarşı Bakıda 24 saat işləyirdilər. Həmin vaxt Bakıda azərbaycanlılar, ruslar, ermənilər və digər millətlər çiyin-çiyinə işləyirdilər.
Xanım Zaxarova, bir daha sizə xatırlatmaq istəyirəm ki, 1 milyona qaçqın və məcburi köçkün doğma torpaqlarına qayıdacaq. Yalnız bundan sonra sülh danışıqlarından söhbət gedə bilər. Əks halda bizim bir yolumuz qalır. Hərbi gücümüzdən istifadə edərək işğal altında olan torpaqlarımızı ermənilərdən tamamilə təmizləyəcəyik. Prezidentimiz bəyan edib ki, biz işğal edilmiş bütün torpaqlarımıza qayıdacağıq.
Miq.az