Movsisyana qarşı ittiham irəli sürüldü - Əsgər ölümü

Movsisyana qarşı ittiham irəli sürüldü - Əsgər ölümü

Ermənistan parlamentinin sabiq deputatı Arakel Movsisyanın oğlu David Movsisyana bu ölkə tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında əsgər Vahram Avakyanın ölümü ilə bağlı ittiham irəli sürülüb.

Report xəbər verir ki, Ermənistan İstintaq Komitəsinin sözçüsü Nairə Harutyunyanın dediyinə görə, D.Movsisyan hərbi nizamnamənin ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olma maddəsi üzrə ittiham olunur.

Bu maddə dörd ildən səkkiz ilədək həbs cəzasını nəzərdə tutur. Müstəntiq D.Movsisyanın saxlanılmasına dair müraciət edib.

Bundan əvvəl Azərbaycanın işğal altındakı torpaqlarında yerləşən təlim mərkəzində yanvarın 30-da əsgər Vahram Avakyanın avtomatından özünü vurduğu xəbəri verilmişdi. Yaralı xəstəxanaya çatdırılsa da, orada öldüyü məlum olub.

Hadisə ilə bağlı özünüöldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az