Müdafiə Nazirliyindən düşmənə XƏBƏRDARLIQ-Dərinliklər VURULACAQ

Müdafiə Nazirliyindən düşmənə XƏBƏRDARLIQ-Dərinliklər VURULACAQ

Ermənilər cəbhədə hücuma cəhd etdi- itkilərimiz var?

MN-dən xəbərdarlıq: "Düşmən müdafiəsinin dərinliyindəki yaşayış məntəqələrini atəşə tutulacaq"

Cəbhədə növbəti erməni təxribatı baş verib. 

Müdafiə Nazirliyindən Miq.Az-a verilən məlumata görə, mayın 30-da gecədən başlayaraq mayın 31-i səhərədək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən iriçaplı silahlardan, o cümlədən 82 və 120 millimetrlik minaatanlardan istifadə edilməklə mövqelərimiz və cəbhənin Tərtər, Ağdam və Füzuli rayonları ərazisində bir sıra yaşayış məntəqələrimiz atəşə tutulub. Silahlı Qüvvələrin şəxsi heyəti və mülki əhali arasında itki yoxdur.

Silahlı Qüvvələrimizin ön xətt bölmələrinin adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub.

Müdafiə Nazirliyi xəbərdar edir ki, Ermənistan silahlı qüvvələri bölmələrinin bu cür təxribatları təkrarlanarsa, Azərbaycan Silahlı Qüvvələri uzaq məsafədəki hədəfləri vuran artilleriya sistemlərini tətbiq etməklə düşmən müdafiəsinin dərinliyindəki yaşayış məntəqələrini atəşə tutacaq.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az