Müğənni Rəqsanə xərçəng xəstəliyinə tutulub - ÖLÜMƏ HAZIRAM

Müğənni Rəqsanə xərçəng xəstəliyinə tutulub - ÖLÜMƏ HAZIRAM
"Özümü ölümə hazır hiss edirəm!"

Bu sözləri müğənni Rəqsanə İsmayılova deyib. Son zamanlar həyatının "qara zolağını" yaşayan müğənni xərçəng xəstəliyinə tutulduğunu açıqlayıb.

Ağır yol qəzaları keçirdən müğənni indi də öləcəyini düşünür. 7 ildir başında inkişaf edən şişdən xəbərsiz olan Rəqsanə xərçəng xəstəliyinə tutulduğunu deyir. Arıqlayıb 42 kiloqram qalan sənətçi həyatdan ümidini belə üzüb. O, qardaş ölkə Türkiyədə əməliyyata yollansa da, bunun ona kömək olmayacağını düşünür. Başına gələn bu vəziyyəti ilk dəfə dilinə gətirən müğənni müsahibə zamanı göz yaşlarına hakim ola bilməyib. "Elə bilirəm ki, o əməliyyatdan qayıtmayacam", - deyə məşhur müğənni bildirib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az