Musa Quliyev: "Din xadimlərinin təpkisi sərt olsa da..."

Musa Quliyev: "Din xadimlərinin təpkisi sərt olsa da..."

“Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırması haqqında” qanun layihəsinin müzakirəsi müvəqqəti olaraq dayandırılıb. Bunu «vətəninfo.az» sytına açıqlamasındja Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev deyib. Onun sözlərinəgörə, bu sənəd cəmiyyət üçün əhəmiyyətli olduğundan onun qəbulundan imtina etmək doğru olmaz. Həmsöhbətimiz bildirib ki, bəzi ekspertlərin, o cümlədən, din xadimlərinin sözügedən sənədlə bağlı təpkisi sərt olsa da, bu layihənin tamamilə gündəmdən çıxarılacağı anlamına gəlməməlidir. Onun sözlərinə görə, əslində Qafqaz Müsəlmanları İdarəsi yalnız cinsi hüceyrənin donorluğuna etiraz edir: “Düşünürəm ki, onlar etiraz etməkdə haqlıdırlar. Amma din dövlətdən ayrıdır və bu hər kəsin şəxsi işidir, bütövlükdə cəmiyyətin işi deyil. Hər ailə özü qərar verir. Oruc tutmaq, namaz qılmaq nə qədər vacibdirsə, buna əməl etməyənlər də o qədər çoxdur. Kim bu cinsi hüceyrə köçürülməsini öz inancına zidd sayırsa, gedib etməsin. Biz sadəcə, pasiyentlərə əlavə hüquqlar və imkanlar yaradırıq. Biz heç kimə qadağa qoya bilmərik. Axı Azərbaycanda hamı dini inanclara tam əməl etmir, hamı İslam dininin daşıyıcısı deyil. Başqa dinin, başqa millətin insanları da var. Bəziləri isə bu məsələdə başqa cür düşünür. Biz qadağa qoymaqla insanları məcbur edirik ki, gedib Avropada cinsi hüceyrə köçürməsini həyata keçirsinlər, Danimarka kimi ölkədə mənşəyi məlum olmayan hüceyrədən istifadə etsinlər. Ondansa, qanunu qəbul edək, elə Azərbaycanda nə lazımdırsa, etsinlər».

Firudin



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az