Türkiyənin ana müxalifət lideri Kamal Kılıçdaroğlu məşhur aktrisa və maqazin ulduzu Hülya Afşarı təhqir edib.
Vətəninfo.az xəbər verir ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri K. Kılıçdaroğlu H. Afşarın onu məhkəməyə verməsi barədə jurnalistlərin sualını cavablandırıb.
Kılıçdaroğlu “Hülya Afşar kimdir ki? Onun sənətçi olub-olmadığı mübahisəlidir. Yaltaqdan sənətçi olmaz. Sənətçi əsən rüzgara görə əyilməməlidir və duk durmalıdır”, - deyə söyləyib.
Xatırladaq ki, H. Afşar ötən həftələrdə cəmiyyətdə mübahisə mövzusu olan 1100-dən çox otaqdan ibarət yeni prezident sarayında prezident Rəcəb Tayyib Ərdoğanla görüşdükdən sonra jurnalistlərə açıqlamasında sarayda elə bir ehtişam görmədiyini və onun sadə bir iqamətgah olduğunu bildirib. K. Kılıçdaroğlu isə R. T. Ərdoğanın daxili siyasətə qarışmasını tənqid edərkən “otursun öz sarayında. Bir tərəfində Hülya Afşarı da oturda bilər” demişdi. H. Afşar bu sözləri təhqir sayaraq məhkəməyə müraciət edib və K. Kılıçdaroğlundan 50 min lirə təzminat tələb edib.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib