Narkoloji dispanserdəki yanğına görə direktor həbs olundu

Narkoloji dispanserdəki yanğına görə direktor həbs olundu

Bakının Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğınla bağlı mərkəzin direktoru Telman Məmmədhəsənov, şöbə müdiri Azad Ələkbərov və daha bir vəzifəli şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.

APA-nın xəbərinə görə, Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin olunub və onların barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

T. Məmmədhəsənov da daxil olmaqla, hər 3 şəxs barəsində Cinayət Məcəlləsinin 225. 2 (Yanğın təhlükəsizliyi qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az