Natavan Həbibidən xeyirxah addım
Natavan Həbibi qocalar evini televiziyasız ziyarət etdi.
Vətəninfo.az Ölkə.Az-a istinadla xəbər verir ki, müğənni Natavan Həbibi Ramazan bayramı ərəfəsində həmkarları Nadir Qafarzadə və Elnur Məmmədovla Bilgəhdə yerləşən müharibə və əmək əlilləri üçün pansionatı ziyarət ediblər.
Ulduzlar bir neçə saatlıq konsert proqramı ilə çıxış edərək, pansionat sakinlərinin əhval-ruhiyyəsini qaldırıblar.
Bu haqda ifaçı "Instagram" səhifəsində yazıb.
"Qocalar evinə ziyarətə getmişdim. Çox sevinirəm ki, Nadir və Elnur yanımda oldular. Amma qocalar evinə daxil olanda kədərləndim. Ona görə ki, onlar bu ocaqda yox, öz isti yuvalarında, övlad, nəvə əhatəsində əyləşməli idilər. Onlara qayğı göstərmək övladın müqəddəs borcudur. Nə etsək, bu borcdan çıxa bilmərik. Allah bütün valideynlərə ömür versin. Unutmayaq. Etdiyimiz əməllər bir gün qarşımıza çıxacaq”.
Qeyd edək ki, bu səfərdə heç bir televiziya kanalı iştirak etməyib.