NATO-dan Türkiyəyə strateji missiya: 2028-ci ilədək...

NATO-dan Türkiyəyə strateji missiya: 2028-ci ilədək...

Türkiyə Hərbi Dəniz Qüvvələri NATO daxilində strateji missiyaya hazırlaşır.

Miq.Az xəbər verir ki, Türkiyə Yüksək Hazırlıqlı Hərbi Dəniz Qüvvələri (TURMARFOR) 2023-2028-ci illərdə NATO-nun dəniz komandanlığı vəzifəsini yerinə yetirəcək.

Bu çərçivədə TURMARFOR 2022-ci ilin əvvəlindən tam əməliyyat qabiliyyətinə çatacaq. TURMARFOR minlərlə hərbçinin iştirak edəcəyi təlimlərdə də kritik rol oynayacaq.

NATO-nun təhlükəsizliyinin mərkəzində olan Türkiyə hərbi qüvvələri alyans çərçivəsində keçirilən təlimlərdə diqqətçəkən uğurlar əldə edir. TURMARFOR 2022-ci ildə NATO çərçivəsində yerinə yetiriləcək dəniz missiyalarında tam əməliyyat qabiliyyətinə çatdıqda Türkiyə daha da güclü müttəfiqə çevriləcək.

Türkiyə NATO-nun missiyalarında, əməliyyatlarında və qərargahında 3000-ə yaxın şəxsi heyəti ilə iştirak edir. Reytinqdə ilk beş ölkə arasındadır.(teleqraf.com)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az