Nazir: "Azərbaycanda cinsi azlıqlar üçün hər hansı bir məhdudiyyət yoxdur"

Nazir:
"Azərbaycanda iş məsələsində cinsi azlıqlarlarla bağlı hər hansı məhdudiyyət yoxdur”. 

Miq.az "Report”a istinadən xəbər verir ki, bunu Azərbaycanın Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin Bakıda təşkil etdiyi "Avropa sosial xartiyası prizmasından Azərbaycanda sosial, iqtisadi hüquqların mühkəmləndirilməsi” milli parlament seminarında deyib.

"Azərbaycan qanunvericiliyində cinsi azlıqlar üçün hər hansı bir məhdudiyyət yoxdur və işə götürülərkən cinsi oriyentasiya soruşulmur. Yəni, qanunda belə bir məhdudiyyət yoxdur. Hər bir şəxsin hansı cinsə məxsus olmasından asılı olmayaraq istədiyi vəzifəni tutmaq hüququ var. O, özü bildirməyənə qədər heç kim bilməyəcək ki, onun cinsi nədir”, - deyə, nazir əlavə edib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az