Nazir Əli Həsənovun qohumuna vəzifə verdi

Nazir Əli Həsənovun qohumuna vəzifə verdi
Daxili İşlər Nazirliyində (DİN) yeni kadr təyinatı olub.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə Bəhruz Cabbarov Qubadlı Rayon Polis şöbəsinə rəis təyin edilib.

Bəhruz Cabbarov bundan öncə Sumqayıt Şəhər Polis İdarəsinin istintaq şöbəsinin rəisi vəzifəsində işləyib. 

Qeyd edək ki, Bəhruz Cabbarov Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun qohumudur. /Azvision.az/

Miq.az 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az