Nazir Qarabağa görə Ermənistana gedir

Nazir Qarabağa görə Ermənistana gedir
Ştaynmayer həmkarı Edvard Nalbandyan və prezident Serj Sarksyanla görüşəcək.

ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer 29-30 iyun tarixlərində Ermənistana səfər edəcək.

Ştaynmayer iyunun 29-u axşam erməni həmkarı Edvard Nalbandyanla danışıqlar aparacaq, Ermənistan prezidenti Serj Sarksyanla görüşəcək.

Bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, nazirin görüşlərində əsas mövzu Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun himayəsi altında nizamlanması məsələsi olacaq.

Frank-Valter Ştaynmayer iyunun 23-də Berlində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü zamanı Dağlıq Qarabağa səfər etmək niyyətində olduğunu bildirmişdi. 

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az