Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov paytaxtın Binəqədi rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı sakinlərin təxliyə və xilas olunmasında fədakarlıq göstərərkən müxtəlif dərəcəli xəsarətlər alan, hazırda DİN-in A.Heydərov adına Respublika Hospitalında müalicəsini davam etdirən polis əməkdaşına baş çəkib.
Vətəninfo.az strateq.az-a istinadən xəbər verir ki, nazir xidməti və vətəndaşlıq borcunu layiqincə yerinə yetirib, həyatını risqə atmaqdan çəkinməyərək 4 nəfəri xilas edən Çevik Polis Alayının 2-ci Patrul Bölüyünün əməkdaşı, polis serjantı Şahin Qocayevin səhhətilə maraqlanıb. Ona şəfa diləyib, göstərdiyi igidliyə görə təşəkkür edib, tezliklə sağalaraq sıralarımıza qayıtmasını arzulayıb.
Təxliyə və xilasetmə işləri zamanı vəzifə borclarının icrasında fərqlənən əməkdaşların Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əiyevin tapşırığına əsasən, dövlət mükafatlarına təqdim olunacağı onun diqqətinə çatdırılıb.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?