Nazir sabiq Dövlət Katibinin oğlunu vəzifədən çıxardı
Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə nazirlikdə daha bir şöbə müdirini vəzifəsindən azad edib.
Miq.az Unikal.org-a daxil olan məlumata istinadən bildirir ki, nazir bu gün imzaladığı əmrlə (RİTN) Dövlət müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi şöbəsinin müdiri Mir Heydər İsmayılovu tutduğu vəzifəsindən azad edib.
Qeyd edək ki, Mir Heydər İsmayılov 1991-ci ilin noyabr ayının 20-də helikopter qəzasında həyatını itirmiş Azərbaycan Respublikasının Dövlət Katibi Tofiq İsmayılovun oğludur.
Miq.az