Nazirin nəşi Bakıya gətirilir

Nazirin nəşi Bakıya gətirilir

Xəbər verdiyimiz kimi, Gənclər və İdman naziri Azad Rəhimov ABŞ-da müalicə olunduğu klinikada dünyasını dəyişib.

Miq.Az-ın əldə etdiyi məlumata görə, A.Rəhimovun nəşi bu gecə Bakıya gətiriləcək. Nazirin cənazəsinin ölkəmizə gətirilməsi üçün müvafiq sənədləşmə işləri aparılır.

Qeyd edək ki, Azad Rəhimov 1964-cü il oktyabrın 8-də Bakı şəhərində anadan olub. O, 2006-cı ildə Gənclər və İdman Naziri vəzifəsinə təyin edilmişdi.

Xatırladaq ki, A.Rəhimov ağciyər xərçəngi və qaraciyər serrozundan əziyyət çəkirdi.(unikal.org)

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az