Nazirlər Bakıda toplanır: "4 milyard pul lazımdır"

Nazirlər Bakıda toplanır:

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz yatağının işlənməsi layihəsinin ikinci mərləsi çərçivəsində həyata keçirilən işlərin 50%-dən çox hissəsi artıq yerinə yetirilib.

Miq.az AzVision.az-a istinadən xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi ölkələri energetika nazirlərinin Məşvərət Şurası ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, Məşvərət Şurasının iclasında gələcəkdə yarana biləcək problemlərin aradan qaldırılması müzakirə olunacaq.

"Azərbaycanda elektrik paylayıcı şəbəkənin işçi vəziyyətə gətirilməsi üçün 4 milyard dollar sərmayə lazımdır"- deyən Natiq Əliyev enerji sektorunun özəlləşdirilməsi imkanlarına münasibət bildirib. O, qeyd edib ki, bu sahədə istehsal deyil, köməkçi və xidməti şirkət və müəssisələr özəlləşdirilə bilər.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az