Nazirlərin görüş günü məlum oldu – Tarix

Nazirlərin görüş günü məlum oldu – Tarix

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın ATƏT-in Minsk Qrupu həmsədrlərinin (İqor Popov, Rusiya Federasiyası, Stefan Viskonti, Fransa və Əndrü Sxofer, ABŞ) vasitəçiliyi ilə iyulun 11-də Brüsseldə görüşü keçiriləcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edəcək.

Görüş əsnasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az