Vətəninfo.az - Mayın 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 50 nəfər əlilliyi olan şəxs Şəki rayonunda yerləşən istirahət və sağlamlıq mərkəzinə istirahətə yola salındı. ƏƏSMN-nin müvafiq əmri ilə təsdiqlənmiş “2015-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” əsasında həyata keçirilən bu tədbir yaz-yay mövsümündə əlilliyi olan şəxslərin asudə vaxtının təşkilinə xidmət edir. İstirahət mərkəzində xüsusi proqram çərçivəsində müxtəlif növ idman yarışları, ətraf rayonlara gəzinti turları, tarixi yerlərlə tanışlıq, musiqili-əyləncəli tədbirlər və s. təşkil olunur. Eyni zamanda əlilliyi olan şəxslər istirahət müddəti ərzində tibbi və fizioterapevtik prosedurlara cəlb edilirlər.
Cari ilin aprel-may aylarında 350 nəfər əlilliyi olan şəxslərin ölkənin səfalı güşələrinə istirahətə göndərilməsi təmin olunub. Onlardan 210 nəfəri Lənkəran rayonunda, 140 nəfəri isə Şəki rayonunda yerləşən istirahət mərkəzlərinə göndərilib. Ümumilikdə, cari ildə 1000 nəfərdən artıq bu təbəqədən olan vətəndaşın dövlət tərəfindən istirahətinin təşkili nəzərdə tutulur. Əlilliyi olan şəxslər istirahət və sağlamlıq mərkəzlərinə xüsusi nəqliyyat vasitəsi ilə aparılıb gətirilirlər.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?