Nazirlikdən partlayışla bağlı – Rəsmi məlumat

Nazirlikdən partlayışla bağlı – Rəsmi məlumat
Müdafiə Sənayesi Nazirliyi Şirvandakı "Araz”  zavodunda baş verən partlayışla bağlı məlumat yayıb.
 
Nazirlikdən verilən məlumatda qeyd olunur ki, bu gün saat 15:35 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan ”Araz”  zavodunda hadisə baş verib. Hadisə nəticəsində ölən yoxdur, 11 nəfər yüngül xəsarət alıb. Xəsarət alanlara tibbi yardım göstərilir və hazırda həkim nəzarətindədirlər.
 
Fasilələrlə eşidilən partlayış səslərinin səbəbi utilizasiya olunması üçün Müdafiə Nazirliyi tərəfindən sifariş olunan 1500 ton məmulatdan qalan 146 tonda yaranan qığılcımlardır.
 
Müdafiə sənayesi naziri Yavər Camalov hadisə baş verdiyi andan etibarən Şirvan şəhərinə yola düşüb və hazırda hadisə yerindədir.
 
Hadisənin səbəbləri ilə bağlı məlumatlar araşdırmalardan sonra veriləcək.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az