Nəcməddin Sadıkov Belarusun Dövlət Hərbi-Sənaye Komitəsinin sədri ilə görüşüb

Nəcməddin Sadıkov Belarusun Dövlət Hərbi-Sənaye Komitəsinin sədri ilə görüşüb
Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov iyulun 8-də Belarusun Dövlət Hərbi-Sənaye Komitəsinin sədri Sergey Qurulyovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Vətəninfo.az  "Report"a istinadla xəbər verir ki, bu barədə  Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Tərəflər Azərbaycanla Belarus arasında hərbi, hərbi-texniki sahədə mövcud əlaqələri və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az