Nədən hər birimiz respublikamızın xoş gün-güzəranı üçün töhfəmizi verməyək?!.

Nədən hər birimiz respublikamızın xoş gün-güzəranı üçün töhfəmizi verməyək?!.

"Xalqın, vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir". Bu müdrik kəlamı, bu nəsihəti ulu millətmizə ünvanlayan ulu öndərimiz Heydər Əliyev bütün ömrünü belə yaşadı - Azərbaycanın və azərbaycanlıların taleyi onun taleyinə çevrildi.

Ümummilli liderimiz xalqının xoşbəxt günlərinə sevindi, fərəhləndi, qürur hissi keçirdi, ölkənin ağır, çətin çağlarında kədərləndi, çıxış yolları axtardı, Azərbaycanı bugünkü firavanlığa, inkişafa qovuşdurdu. 

Nədən bizim hər birimiz - mən, sən, o bu taleyi yaşamayaq? Düzdür, biz bu taleyi, bu ömrü Heydər Əliyev ucalığında, Heydər Əliyev zirvəsində yaşamaq iqtidarında deyilik. Amma etiraf da etməliyik ki, bizim hər birimizin doğma Azərbaycanımızın gündən-günə çiçəklənməsi, qüdrətlənməsi üçün gücümüz, imkanımız var. Nədən hər birimiz respublikamızın xoş gün-güzəranı üçün töhfəmizi verməyək?!. - Bu sözləri İmişli rayonunda doğulan, burada yaşayan, xeyriyyəçiliyi həyat amalına çevirən, yurdunun, el-obasının təəssübünü çəkən Standartlaşma Metrologiya Patent Üzrə Dövlət Komitəsinin İmişli Ərazi İdarəsinin rəisi Saleh Səmədov bizimlə söhbətində dedi. Daha sonra əlavə etdi:

- Dahi şəxsiyyət Heydər Əliyev xalqımızın min illər boyu arzusunda olduğu müstəqilliyimizi qoruyub saxladı, azad bir cəmiyyəti özündə ehtiva edən Azərbaycan yaratdı. Nədən bizim hər birimiz bu müstəqil dövlətin sütunlarını daha da bərkitməyək, doğma respublikamızın hər bir guşəsinin abadlaşmasında, mədəniyyətimizin, elmimizin inkişafında iştirak etməyək, fəal vətəndaşlıq mövqeyi yaratmayaq?...

Saleh Səmədov bildirdi ki, harada işləyibsə, qərar verməzdən, nəticə çıxarmazdan öncə yuxarıdakı   sualların cavabını tapmağa çalışıb və buna da nail olub...

Saleh Səmədovun bu sözləri deməsi təsadüfi deyil. O, həmişə imkanı daxilində yaxşılıq etməyi, insanların problemini yoluna qoymağı, uçub-dağılmış bir binanı, bir kompleksi təmir etdirməyi qarşısına məqsəd qoyub. Fikirləşib ki, əvvəla, bununla kimlərisə sevindirir, yaşayıb-yaratmağa ruhlandırır, xatirələrini yaşadır, ikincisi, öz övladlıq borcunu, vətəndaşlıq missiyasını yerinə yetirir. Budur,Standartlaşma Metrologiya Patent üzrə dövlət Komitəsinin İmişli ərazi idarəsinin binası.

Bina İmişli şəhərinə xüsusi yaraşıq verir .Binanın ətrafıa dekarativ gül kolları əkilib səkilərə yeni piltələr dösənib. İmişli əhalisi bir daha SMPDK-nin sədri cənavb Ramiz Həsənov minnətdarlığın bildirir ki, Salen Səmədov kimi bacarıqlı ,savadlı xeyirxah bir insana böyük və məsuliyyətli işi həvalə edib.

Babək Hüseynov

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az