Neftçi oğlunun dərdinə dözə bilməyən ana öldü

Neftçi oğlunun dərdinə dözə bilməyən ana öldü
Ötən il dekabrın 15-də estakadanın uçması nəticəsində itkin düşən 10 neftçidən birinin meyiti hələ də tapılmayıb.

Miq.az  istipress-ə istinadən xəbər verir ki, hələ də tapılmayan yeganə neftçi, Ələt qəsəbə sakini Əsədov Samirin anası Məleykə xanım ürək çatışmazlığından dünyasını dəyişib. Yaxınlarının verdiyi məlumata görə, 5 aydır oğlundan xəbər ala bilməyən gənc neftçinin anası oğul dərdinə dözə bilməyib. 

Xatırladaq ki, ötən il dekabrın 15-də Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft-Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Nəticədə Neft-Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az