Neftin qiymətinin büdcədə 90 dollar nəzərdə tutulması sosial proqramların həyata keçirilməsinə ciddi təsir etməyəcək.
Vətəninfo.az-in məlumatına görə, bunu bu gün keçirilən Milli Məclisin plenar iclasında İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib.
“Ola bilər ki, büdcədə neftin qiymətinin 90 dollardan götürülməsi bizə 2 mlrd. dollar zərər vursun. Neftin qiyməti 75 dollar olsa, biz 2-3 mlrd. dollar itirə bilərik. Amma bizim strateji valyuta ehtiyatlarımız 55 mlrd. dolları ötüb. Bu 2-3 mlrd. dollarlıq zərəri ödəməyə imkan verir. Bizim dövlətin kifayət qədər imkanı var ki, sosial proqramlar həyata keçirilsin”, - deyə Z. Səmədzadə bildirib.
Millə vəkili qeyd edib ki, 2015-ci ildə ÜDM 2,4 dəfə artacaq və ÜDM-in adambaşına düşən həcmi 8 min dollar təşkil edəcək.
Onun sözlərinə görə, ÜDM-in adambaşına düşən həcminə görə, Azərbaycan MDB ölkələri arasında Rusiya və Qazaxıstandan sonra üçüncü yerdə qərarlaşıb.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib