Nemtsovun qətlində adı keçən Rusikin yeri bilindi
Boris Nemtsovun qətli ilə bağlı cinayət işində adı keçən Ruslan Muhiddinovun yeri aşkarlanıb.
Vətəninfo.az Avropa.info-ya istinadla
xəbər verir ki, hüquq-mühafizə orqanları onun Çeçenistan ərazisində
olduğunu deyiblər. Rusik ləqəbli bu şəxs yazınları ilə bir neçə dəfə
telefon əlaqəsinə çıxıb. Ruslan Muhiddinovun dağlıq ərazidə gizləndiyi
bildirilir. Hal-hazırda onun saxlanılması imkanları nəzərdən keçirilir.
Sonuncu dəfə onu 6 martda, Çeçenistanın Şelkovsk rayonunda görmüşdülər. Bundan sonra ondan heç bir xəbər çıxmayıb.
İstintaqın
versiyasına görə, o, qətlin icraçılarına "ZAZ” markalı avtomobil və
tapança verib. Rusikin Ruslan Germeyevin yaxın adamı olduğu, Nemtsovun
qətlinin sifarişçisi və icraçısı olduğu ehtimal edilir.