Noyabr ayında seçkilər keçiriləcək

Noyabr ayında seçkilər keçiriləcək
Türkiyədə AKP-nin hökumət qurmaq istəmədiyini iddia edən CHP Antalya millət vəkili Dəniz Baykal növbədənkənar seçkilərin dəqiq tarixini açıqlayıb. 
Cumhuriyyət Xalq Partiyasının sabiq rəhbəri jurnalistlərə "Koalisiya danışıqları teatrdan ibarət olan bir şeydir. Noyabrda seçkilər keçiriləcək" deyə açıqlama verib. 
Daha sonra parlament sədrliyi üçün keçirilən səsvermə məsələsinə toxunan Baykal MHP-nin səsvermə zamanı verdiyi sözə xilaf çıxdığını bildirib. 
"Partiyamız mənim parlament sədrliyinə namizədliyimi qəbul etdi. MHP də bizə "AKP seçilməsin deyə nə lazımdırsa edərik” deyə söz verdi. Amma bu söylədiklərini yerinə yetirmədilər. Əgər özlərinə hörmət etsəydilər AKP-nin qarşısındakı namizədə səs verərdilər."
Baykal daha sonra sözlərinə belə davam edib:
"AKP hökumət qurmaq istəmir. MHP onsuz da mövqeyini müəyyən edib. Yəni koalisiya danışıqları artıq teatrdan ibarət olan bir şeydir. Noyabr ayında seçkilər keçiriləcək."
Avropa.info



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az