Nöqsanlara görə işdən çıxarılan polis rəisinə YENİ VƏZİFƏ

Nöqsanlara görə işdən çıxarılan polis rəisinə YENİ VƏZİFƏ
Azərbaycan daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Miq.az-ın  "Report”a istinadən xəbərinə görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin keçmiş rəisi polis polkovnik-leytenantı Mahir Məmmədov yenidən daxili işlər orqanlarında işə bərpa edilib. Keçmiş polis rəisi bundan sonra Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində xidmət edəcək.

Qeyd edək ki, M.Məmmədov işində yol verdiyi nöqsanlara görə bir neçə ay əvvəl sərəncama göndərilmişdi.
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az