"Nurgün Motors"un prezidentinin oğlu barədə qərar - Həbs edildi

Nəsimi rayon Məhkəməsində Nurxan Əliyevin məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim Elman İsayevin sədrlik etdiyi iclasda qərar qəbul edilib. Qərara görə, o, 15 gün müddətinə inzibati qaydada azadlıqdan məhrum edilib.
N. Əliyev İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin əmrinə tabe olmama) maddəsinə əsasən ittiham edilib.
Noyabrın 5-dən 6-na keçən gecə Bakının Nəsimi rayonu ərazisində Yol Patrul Xidmətinin (YPX) əməkdaşları ilə avtomobil sahibi arasında insident baş verib.
"İnfiniti" markalı avtomobilin sərnişini Əliyev Nurxan Nuru oğlu yol ilə paralel hərəkət edən YPX avtomobilinin əməkdaşlarını təhqir edib. Polisin "saxla!” əmrinə tabe olmayan sürücü ikinci "saxla!” əmrindən sonra avtomobili dayandırıb. Bu zaman avtomobildə olan N.Əliyev maşından enərək polis əməkdaşını vurub.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az