O qədər elmli, savadlı, vəzifəli, pullu insan görürəm ki, mədəniyyətdən xəbərləri yoxdur - ASLAN İSMAYILOV

O qədər elmli, savadlı, vəzifəli, pullu insan görürəm ki, mədəniyyətdən xəbərləri yoxdur - ASLAN İSMAYILOV
"Bizim ən ciddi problemlərimiz mədəniyyətlə bağlıdır. O qədər elmli, savadlı, vəzifəli, pullu insan görürəm ki, mədəniyyətdən xəbərləri olmadığını 10 dəqiqəyə göstərirlər. Bu problem xüsusilə ictimai yerlərdə özünü daha qabarıq göstərir”.

Bunu tanınmış vəkil Aslan İsmayılov sosial şəbəkə hesabında yazıb. Onun fikrincə, bu problemin həlli də hakimiyyətdən çox cəmiyyətdən asılıdır:

"Nə qədər ki, cəmiyyət bu nadanlara hər addımbaşı öz etirazlarını bildirməyəcəklər, bildirənlərə dəstək olmayacaqlar, "əşşi, nə işim var” prinsipi ilə hərəkət edəcəklər, bizi daha pis günlər gözləyəcək. Bu görməmişlər, natamamlar ictimai yerlərdə də daim bizim hesabımıza özlərinin xüsusi kasta olduqlarını gözə soxacaqlar”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az